"Qrenlandiya mütləq Amerika olacaq" - Tramp

09:43 - 30 Mart 2025

\"Qrenlandiya mütləq Amerika olacaq\" - Tramp

Amerika Birləşmiş Ştatlarının hakimiyyəti Qrenlandiyanı əldə etməyə nail olacaq.

 

Manset.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “NBC News”a müsahibəsində bildirib.

“Biz Qrenlandiyanı əldə edəcəyik. Bəli, yüz faiz”, – o qeyd edib.

Ağ ev rəhbərinin sözlərinə görə, Vaşinqtonun bunu hərbi güc tətbiq etmədən edə biləcəyi böyük ehtimal var.

“Amma mən heç nəyi istisna etmirəm”, – Tramp əlavə edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az