Netanyahu şərtlərini açıqladı

16:35 - 30 Mart 2025

Netanyahu şərtlərini açıqladı

İsrail Baş naziri Binyamin Netanyahu Qəzzada münaqişənin tənzimlənməsinin şərtlərini açıqlayıb.

 

Manset.az The Times of Israel-ə istinadən xəbər verir ki, Binyamin Netanyahu deyib ki, Nazirlər Kabineti HAMAS-a təzyiqin gücləndirilməsini dəstəkləyib.

Baş nazir bildirib ki, İsrail atəş altında HAMAS-la danışıqlar aparır və bu, effektivdir. Binyamin Netanyahu qeyd edib ki, HAMAS-la girovların azad olunması və atəşin dayandırılması barədə razılaşmanın yekun mərhələsini müzakirə etməyə də hazırdırlar: “HAMAS silahı yerə qoymalıdır. HAMAS-ın liderlərinə Qəzza zolağını tərk etməyə icazə veriləcək. Biz Qəzzada ümumi təhlükəsizliyi təmin edəcək və Qəzzadan könüllü immiqrasiya ilə bağlı Trampın planını reallaşdıracağıq. Bunu istənilən vaxt müzakirə etməyə hazırıq”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az