NASA-nın əfsanəvi mühəndisi vəfat etdi

13:08 - 23 May 2025

NASA-nın əfsanəvi mühəndisi vəfat etdi

ABŞ-nin aerokosmik agentliyi NASA-nın tanınmış mühəndislərindən biri olan Ed Smylie dünyasını dəyişib.


Manset.az-ın əldə etdiyi məlumata görə, o, 1970-ci ildə baş vermiş məşhur Apollo 13 missiyası zamanı baş verən partlayışdan sonra üç astronavtın həyatını xilas edən hava filtrinin hazırlanmasında iştirak edən əsas şəxslərdən biri olub.

Ed Smylie aprelin 21-də ABŞ-nin Tennessi ştatında yerləşən qocalar evində 95 yaşında vəfat edib.

Bu barədə onun oğlu Stiv Smylie məlumat verib. O, atasının demensiyanın ağırlaşması nəticəsində həyatını itirdiyini bildirib.

Qeyd edək ki, Ed Smylie-nin rəhbərlik etdiyi mühəndislər komandası, məhdud resurslarla kosmik gəmidə istifadə olunan filtrləri yerinə yetirəcək alternativ sistem hazırlayaraq, Apollo 13 ekipajının sağ qalmasına töhfə verib. Onun bu fədakar və peşəkar fəaliyyəti illərlə NASA daxilində örnək kimi göstərilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv