"Qalatasaray" və "Napoli" razılığa gəldi

14:38 - 17 İyul 2025

\"Qalatasaray\" və \"Napoli\" razılığa gəldi

"Qalatasaray" futbol klubu, ötən mövsüm "Napoli"dən icarə əsasında alınan Viktor Osimhenin transferi üçün İtaliya klubu ilə danışıqlarını davam etdirir.


Manset.az xəbər verir ki, bu barədə İtalyan jurnalist Matteo Moretto məlumat verib.

Məlumata görə, Sarı-qırmızılar, nigeriyalı hücumçunun gələcək transferi üçün artıq maliyyə məsələlərini müzakirə edir.

"Qalatasaray"ın transfer komandasının "Napoli" ilə razılığa gəldiyi və danışıqların mərhələli şəkildə irəlilədiyi bildirilir.

Hər iki klub, Osimhenin potensial olaraq İtaliyaya geri dönməsinin qarşısını alacaq xüsusi bəndin müddəti üzərində razılığa gəliblər.

Eyni zamanda, transfer prosesinin müsbət istiqamətdə irəlilədiyi, və bu gün əlavə bir razılaşmanın əldə olunacağı gözlənilir. Mənbələrin verdiyi məlumatlara görə, Osimhenin sonrakı satışından "Napoli"nin əldə edəcəyi payın müəyyənləşdirilməsi hələ də müzakirə olunmaqdadır. Bu bənd, həmçinin bank zəmanəti və ödəniş planları ilə birlikdə transferin baş tutmasında əsas həlledici rol oynayacaq.

Bütün bu müzakirələrin uğurla yekunlaşacağı halda, Viktor Osimhenin "Qalatasaray"a keçidi yaxın gələcəkdə rəsmi olaraq elan edilə bilər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az