Rusiyada matəm günü elan edildi - YENİLƏNİB

22:38 - 25 İyul 2025

Rusiyada matəm günü elan edildi - YENİLƏNİB

Rusiyanın Saratov şəhərində yaşayış binasında baş verən partlayışdan sonra iyulun 26-sı matəm günü elan edilib.


Manset.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə regionun qubernatoru Roman Busargin öz "Telegram" kanalında məlumat verib.

Qubernator əlavə edib ki, şənbə günü bütün bölgədə, o cümlədən Saratov vilayəti və bələdiyyələrin bayraqları endiriləcək.

Xatırladaq ki, son məlumata görə, hadisə nəticəsində 5 nəfər ölüb, 15 nəfər yaralanıb.

***

18:05

Rusiyanın Saratov vilayətində çoxmərtəbəli yaşayış binasında qaz sızması nəticəsində baş verən partlayışda ölənlərin sayı beşə çatıb.


Manset.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya fövqəladə hallar xidmətindən məlumat verilib.

Məlumata görə, binanın dağıntıları altından daha bir nəfərin cəsədi çıxarılıb.

Qubernator Roman Busarqin yeddi nəfərin tibbi yardım üçün müraciət etdiyini və onlara ambulator şəraitdə yardım göstərildiyini bildirib. O, həmçinin axtarış-xilasetmə işlərinin gecə saatlarında da davam etdiriləcəyini qeyd edib.

***

17:27

Rusiyanın Saratov şəhərində 10 mərtəbəli yaşayış binasında baş verən partlayışdan sonra xilasedicilər həlak olan dördüncü şəxsin cəsədini tapıblar.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

"Xilasedicilər dağıntıların təmizlənməsi zamanı daha bir cəsəd aşkarlayıblar", - deyə məlumatda bildirilib. Bununla da ölənlərin sayı 4-ə çatıb.

Xilasedicilər, həmçinin binanın dağıntıları altında sağ qalan kişini də tapıblar.

"İşlərin aparıldığı yerdə həyat əlamətləri göstərən şəxs tapılıb. Əsas qüvvələr onun xilas edilməsinə yönəlib", - deyə məlumatda qeyd edilib.

Bildirək ki, daha əvvəl, 3 şəxsin həlak olduğu barədə məlumat verilmişdi.

***

13:59

Rusiyanın Saratov şəhərində 10 mərtəbəli yaşayış binasında qaz partlayışı baş verib və daha sonra bina uçub.


Manset.az. Oxu.az-a istinadən xəbər verir ki, bu barədə TASS-a Rusiya fövqəladə hallar xidmətlərindən məlumat verilib.

Məlumata görə, hadisə nəticəsində üç nəfər ölüb və dağıntılar altında insanların qala biləcəyi ehtimal edilir. Rusiya Fövqəladə Hallar Nazirliyi üç nəfərin öldüyünü təsdiqləyib.

Hadisə yerində yanğınsöndürənlər və xilasedicilər işləyirlər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az