Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.
Manset.az xəbər verir ki, həmsöhbətlər əsas diqqəti Yaxın Şərqdəki, xüsusən də Qəzza zolağındakı vəziyyətə yönəldiblər.
Prezident Ərdoğan Fələstin-İsrail münaqişəsinə ən qısa zamanda son qoymağın əhəmiyyətini vurğulayaraq, “iki dövlət” prinsipini bu regionda davamlı sülhün əsası adlandırıb.
Türkiyə lideri rəsmi Parisin Fələstin dövlətinin tezliklə tanınması barəqə qərarını alqışlayıb.