“Sülh masası Türkiyədə qurulacaq” - Ərdoğan

22:16 - 28 İyul 2025

“Sülh masası Türkiyədə qurulacaq” - Ərdoğan

“Türkiyə olaraq sülh diplomatiyamızı sürətləndirmişik. Rusiya-Ukrayna müharibəsinin lap əvvəlindən balanslaşdırılmış, ədalətli və sülhü dəstəkləyən siyasət yeridib, tələyə düşməmişik”.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.

Ərdoğan qeyd edib ki, mayın 16-da İstanbulda keçirilən danışıqların birinci raundundan sonra 1000 məhbusun qarşılıqlı mübadiləsi başa çatıb. İyunun 2-də keçirilən ikinci raunddan sonra təxminən 7060 Ukrayna əsgərinin qalıqları müqabilində 997 rus əsgərinin qalıqları qaytarılıb və 1200 əsirin mübadiləsi başa çatıb:

“İyulun 23-də Xarici İşlər Nazirimizin köməkliyi ilə keçirilən danışıqların üçüncü raundunda azı 1200 hərbi əsir dəyişdirilməsi razılaşdırıldı. Biz inanırıq ki, bu müharibə indi başa çatmalıdır. Mən hər fürsətdə liderlər səviyyəsində görüş keçirməyə hazır olduğumuzu vurğulayıram.

Çox da uzaq olmayan gələcəkdə Türkiyədə də sülh masası qurulacaq və bu qanlı müharibə sona çatacaq”.

Qeyd edək ki, iyulun 23-ü İstanbulda nümayəndə heyətləri arasında keçirilən danışıqlarda Ukrayna tərəfi liderlər səviyyəsində görüş təklif edib.

Bundan sonra KİV-də yayılan xəbərlərdə Türkiyədə ABŞ, Rusiya və Ukrayna liderlərinin görüşü istisna edilməyib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az