Litva Belarusa etiraz notası verdi

20:31 - 01 Avqust 2025

Litva Belarusa etiraz notası verdi

Litva ölkə sərhədinin pozulması ilə əlaqədar Belarus səfirliyinin nümayəndəsini Xarici İşlər Nazirliyinə çağırıb.


Manset.az Report-a istinadən xəbər verir ki, Belarus diplomatına etiraz notası təqdim edilib və qarşı tərəfdən rəsmi izahat tələb olunub.

Xatırladaq ki, iyulun 28-də pilotsuz uçuş aparatı (PUA) Belarus ərazisindən Litvanın hava məkanına daxil olub. PUA avqustun 1-də ölkənin Yonava rayonundakı Qayjunay poliqonunda aşkar edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az