Türkiyədə meşə yanğını - Vətəndaşlar təxliyə olunur

16:13 - 11 Avqust 2025

Türkiyədə meşə yanğını - Vətəndaşlar təxliyə olunur

Çanaqqalanın Kepez bələdiyəsində, Dardanos meşəlik ərazisində yanğın baş verib.


Manset.az-ın məlumatına görə, hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə yanğınsöndürən briqadalar, meşə idarəsinin maşınları və hava vasitələri cəlb edilib.

Çanaqqala Valisi Ömər Toraman sosial şəbəkə hesabında verdiyi açıqlamada, yanğının küləyin təsiri ilə sürətlə yayıldığını bildirib.

Vali, həm havadan, həm də quru yolla müdaxilələrin davam etdiyini və təhlükəsizlik məqsədilə Güzelyalı bölgəsində yaşayan sakinlərin təxliyəsinə başlanıldığını vurğulayıb. Rəsmi orqanlar vəziyyətə nəzarət etmək üçün səylərini davam etdirir və sakinlərdən yanğınla bağlı rəsmi məlumatlara diqqət yetirmələri xahiş olunur.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az