Amerika Birləşmiş Ştatları Yaponiyanın İvakuini şəhərində Typhon orta mənzilli raket sistemini ilk dəfə tanıdıb. Sistem Tomahawk və SM-6 tipli raketlər atmaq imkanına malikdir və Çinlə Rusiyanın bəzi bölgələrinə çata bilir.
Manset.az-ım xarici mediaya istinadən əldə etdiyi məlumata görə, Typhon, ABŞ və Yaponiyanın birgə keçirilən “Resolute Dragon” təlimlərində istifadə olunacaq. Təlimdə 20 min hərbçi, döyüş gəmiləri və raket batareyaları iştirak edir.
Sistemin Yaponiyada yerləşdirilməsi Pekin və Moskvanın sərt reaksiyasına səbəb olub. ABŞ isə Asiyada Çinin artan hərbi gücünə qarşı bu cür raket sistemlərini genişləndirməyi planlaşdırır.
Yaponiya da müdafiə xərclərini artıraraq Tomahawk raketləri alır və yeni orta mənzilli silahlar hazırlayır.