İsrailə PUA düşməsi nəticəsində 20 nəfər yaralandı

20:43 - 24 Sentyabr 2025

İsrailə PUA düşməsi nəticəsində 20 nəfər yaralandı

Yəməndən buraxılan pilotsuz uçuş aparatının (PUA) İsrailin cənubundakı Eylat şəhərinə düşməsi nəticəsində azı 20 nəfər yaralanıb.


Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə İsrailin təcili yardım xidməti məlumat yayıb.

Məlumata görə, 2 nəfər ağır, 1 nəfər orta dərəcəli, 17 nəfər isə yüngül xəsarət alıb. Bütün zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Xatırladaq ki, İsrail ordusu Eylata PUA düşməsi barədə məlumat yayıb. Hərbçilərin məlumatına görə, PUA Yəməndən buraxılıb və onun qarşısını almağa cəhd edilib.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az