Trump TikTok fərmanını imzaladı

11:00 - 26 Sentyabr 2025

Trump TikTok fərmanını imzaladı

ABŞ Prezidenti Donald Trump, TikTok-un ABŞ-də fəaliyyətini davam etdirməsi üçün yerli investorların nəzarətində olmasını tələb edən fərmanı imzalayıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Oracle və digər ABŞ-yönümlü sərmayədarlar bu prosesə qoşulub. TikTok-un ABŞ-dəki əməliyyatları yeni yaradılacaq şirkət tərəfindən idarə olunacaq, ByteDance-in payı 20%-dən az olacaq.

İstifadəçi məlumatları ABŞ-də saxlanılacaq və təhlükəsizlik baxımından tam nəzarətdə olacaq. Əgər ByteDance 2025-ci ilin yanvarına qədər şirkətin əsas hissəsini satmasa, TikTok ölkədə qadağan olunacaq. Trump bu müddəti bir neçə dəfə uzadıb və Çin Prezidenti Si ilə razılıq əldə edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az