SON DƏQİQƏ! Türkiyənin məşhur müğənnisi faciəvi şəkildə öldü

11:58 - 26 Sentyabr 2025

SON DƏQİQƏ! Türkiyənin məşhur müğənnisi faciəvi şəkildə öldü

"Güllü" adıyla tanınan müğənni Gül Tut, Yalovada 5-ci mərtəbədəki evinin balkonundan hələlik məlum olmayan bir səbəbdən yıxılaraq həyatını itirib.


Manset.az-ın türk mediasına istinadən məlumatına görə, hadisəni görənlərin məlumat verməsi ilə əraziyə təcili tibbi yardım və polis qrupları göndərilib. Hadisə yerinə gələn səhiyyə işçiləri Tutun həyatını itirdiyini müəyyən ediblər. Müğənninin cənazəsi Yalova Təhsil və Araşdırma Xəstəxanasının morquna aparılıb.

Acı xəbəri oğlu sosial media hesabından paylaşıb:

“Üzücü bir xəbəri paylaşmaq üçün bu mesajı yayımlayıram. Anam, dəyərli sənətçi Güllünü bu gecə baş verən faciəli bir qəza nəticəsində itirmişik. Sosial şəbəkələrdə yayılan intihar xəbərləri əsassızdır. Dəfnlə bağlı məlumatları paylaşacağam. Başımız sağ olsun.”


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az