İzmir məhkəməsi boşanma prosesində olan həyat yoldaşı Fatma Alpaslana video zəng edən, sonra iki uşağının boğazına bıçaq dayayan ata Şiyar Alpaslanın mühakimə olunmasına qərar verib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, İzmirdə şiddətli münaqişə zəminində boşanma prosesində olan Şiyar Alpaslan iki uşağının boğazına bıçaq dayayaraq həyat yoldaşına zəng edib. İctimai rezonans doğuran görüntülərdən sonra Alpaslanın atası nəzarətə götürülüb, uşaqlar isə dövlət himayəsinə götürülüb.
Araşdırmalardan sonra uşaqlar analarına təhvil verilib.