Dünya şöhrətli avtomobil nəhəngi "BMW" avtomobillərin park edilərkən alışıb yanması ilə bağlı tədbir görüb. Şirkət 196 mindən çox avtomobili geri çağırıb və dilerlərə problemin həlli ilə bağlı göstəriş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsi (NHTSA) BMW-nin mühərriki işə salma relesində korroziya problemi aşkar edib. Bunun avtomobildə yanğın riskini artıraraq qısaqapanmaya və həddindən artıq qızmaya səbəb ola biləcəyini bildirib.
Geri çağırma bir neçə məşhur modeli, o cümlədən, 2022 BMW 230i-ni əhatə edir. "BMW"-nin Avstriyada istehsal etdiyi və "Toyota" brendi ilə satdığı "Toyota Supra" da təsirlənir.