Bir gecəlik makiyaj faciəsi - Göz qələmi kor etdi

15:30 - 28 Sentyabr 2025

Bir gecəlik makiyaj faciəsi - Göz qələmi kor etdi

Avstraliyanın Adelaide şəhərində yaşayan 50 yaşlı Shirley Potter uzun fasilədən sonra qızları ilə gecə çölə çıxmaq üçün makiyaj etdi. Evdə olan köhnə tuş və göz qələmini istifadə edən qadının gözləri ertəsi səhər qıpqırmızı oldu. Qısa müddət sonra isə ağrı və yanma başladı.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qadın dərhal xəstəxanaya getdi və həkimlər onun gözlərində infeksiya aşkar etdilər. Lakin bədbəxt qadının yaşadıqları bununla bitmədi. Həkimlər hər iki gözündə də 80 faiz görmə itkisi olan qadının yaxın zamanda tamamilə kor olacağını dedilər.

Analarının başına gələnlərdən sonra qızları məsələni araşdırmağa başladılar. Qısa müddət sonra problemin səbəbi ortaya çıxdı: qadının kor olmasına səbəb, istifadə etdiyi son istifadə tarixi keçmiş göz qələmi və tuş idi.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az