Ukraynaya 12 saat fasiləsiz HÜCUM

11:45 - 29 Sentyabr 2025

Ukraynaya 12 saat fasiləsiz HÜCUM

Rusiya 12 saatlıq hava hücumları ilə Ukraynada, paytaxt Kiyev də daxil olmaqla, ümumilikdə 7 bölgədə bir çox yaşayış məntəqəsini hədəfə aldı. Hücumlar nəticəsində 12 yaşlı bir qız da daxil olmaqla, azı 4 nəfər həyatını itirdi, 70 nəfər yaralandı.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, təxminən 600 PUA (pilotsuz uçuş aparatı) və onlarla raketin istifadə edildiyi hücumlarla bağlı Ukrayna Prezidenti Volodimir Zelenski bütün itkilərin paytaxt Kiyevdə baş verdiyini bildirdi və cavab tədbiri ilə hədələdi. O, bu hücumun “Moskvanın öldürməyə və müharibəyə davam etmək istədiyini” göstərdiyini qeyd etdi.

Rusiya isə açıqlamasında, hücumların hərbi obyektlərə və Ukrayna ordusunu dəstəkləyən sənaye müəssisələrinə qarşı yönəldiyini bildirdi.

Digər tərəfdən, NATO-ya üzv 10 ölkənin müdafiə nazirləri, Avropanın şərqində Rusiyaya qarşı “PUA divarı” layihəsi üçün görüş keçirərkən, Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Rus hava aparatlarına qarşı hər hansı hücum olacağı təqdirdə sərt cavab veriləcəyini söylədi.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az