Adananın Yüreğir rayonunda ailəsini evlərində girov götürərək üzərinə bıçaq çəkən təcavüzkar xüsusi əməliyyat polisi tərəfindən ayağından vurularaq zərərsizləşdirilib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Yüreğir rayonunun Kiretmihane məhəlləsində baş verib.
İddiaya görə, məhkəmə narkotik aludəçisi olan və psixoloji problemləri olan 37 yaşlı E.D.-nin psixi sağlamlıq xəstəxanasına yerləşdirilməsinə qərar verib. Daha sonra polis E.D.-ni psixi sağlamlıq mərkəzinə aparıb. Lakin həmin şəxs polisə müqavimət göstərib, bıçaq çəkib, hücum edib və ailə üzvlərini evdə girov götürüb.
Polis əlavə qüvvələr tələb etdikdə əraziyə xüsusi əməliyyat polisi əməkdaşları göndərilib. E.D. evin damına qaçaraq bıçaqla xüsusi təyinatlı polislərə hücum edib. Daha sonra xüsusi əməliyyat polisi əməkdaşları E.D.-ni ayağından vuraraq zərərsizləşdiriblər.