Filippin sahillərində 7,6 bal gücündə zəlzələ baş verib. Bir çox ölkələr üçün sunami xəbərdarlığı edilib və sahil sakinləri daha yüksək yerləri axtarmağa çağırıldı. Sakit okeanın zəlzələ zonasında yerləşən Papua Yeni Qvineyada da 6,3 bal gücündə zəlzələ baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Cənub-Şərqi Asiya fəlakətlərlə sarsılmaqda davam edir. Əvvəlki həftə 6,9 bal gücündə zəlzələ nəticəsində 72 nəfərin ölümünə səbəb olan Filippində indi 7,6 bal gücündə zəlzələ baş verib.
Filippin Seysmologiya İnstitutu (Phivolcs) zəlzələnin episentrinin Davao Şərq əyalətinin Manay şəhəri sahillərində olduğunu açıqlayıb.