ABŞ prezidenti Donald Tramp Nobel Sülh Mükafatı Komitəsinin mükafatı onun əvəzinə müxalifətçi keçmiş Venesuela parlamentinin üzvü Mariya Korina Maçadoya vermək qərarına rəğmən, bütün dünyada münaqişələrə son qoymaq üçün mübarizəni davam etdirəcək .
Manset.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidentinin mətbuat katibi Stiven Çun bildirib.
"Prezident Tramp bütün dünyada sülhü bərqərar etməyə, müharibələrə son qoymağa və insanların həyatını xilas etməyə davam edəcək", - prezidentin aparat rəhbəri bildirib.
Onun sözlərinə görə, mükafatın Maçadoya verilməsi sübut edir ki, Nobel Komitəsi üçün “siyasət sülhdən daha vacibdir”.
New York Post daha əvvəl Trampın 2026-cı ildə Nobel Sülh Mükafatını qazanmaq şansının daha çox olacağını yazmışdı.