Çorumda kitab sərgisinə tələbələri aparan ictimai avtobusun yük maşınına çırpılması nəticəsində baş verən qəzada 22 şagird yaralanıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəza Üçtutlar məhəlləsində Fatih küçəsində baş verib. Məlumata görə, kitab sərgisinə gedən 19 May İbtidai məktəbinin şagirdlərini daşıyan ictimai avtobus küçədə hərəkət edən yük maşını ilə toqquşub.
Zərbə nəticəsində avtobusda olan 22 şagird xəsarət alıb. Hadisə yerinə gələn tibb işçiləri tələbələrə ilkin tibbi yardım göstərərək yaxınlıqdakı xəstəxanalara çatdırıblar. Onların vəziyyətinin yaxşı olduğu bildirilir.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.