Efiopiyada 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
Manset.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri 500 mindən çox insanın yaşadığı Mek'ele şəhərindən 51 km şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub.
Hazırda tələfat və dağıntılar barədə məlumat verilmir.