Misirin Şarm əl-Şeyx şəhərində 3 Qətər diplomatı yol qəzasında ölüb.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, qəza nəticəsində daha iki diplomat yaralanıb.
Məlumata görə, insident Qəzzada atəşkəslə bağlı keçirilən sammit ərəfəsində baş verib, lakin diplomatların Qətər danışıqlar qrupunun tərkibində olub-olmadığı hələlik məlum deyil.