ABŞ-ın Cənubi Karolina ştatının Müqəddəs Yelena adasındakı bir gecə klubunda səhər saatlarında atışma baş verib.
Manset.az xəbər verir ki, bu barədə Byufort dairə şerifinin ofisi məlumat verib.
Hadisə nəticəsində 4 nəfərin öldüyü, azı 20 nəfərin yaralandığı bildirilir.
Yaralılardan dördünün vəziyyəti ağırdır. Polisin atışma ilə bağlı araşdırma aparır.