ABŞ-ın Texas ştatında kiçik təyyarənin yük maşınları və karvanların olduğu dayanacağa çırpılması nəticəsində azı iki nəfər ölüb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Fort-Uortda Tarrant qraflığı üzərində uçan kiçik təyyarə Hiks hava limanı yaxınlığındakı yük maşını və qoşqu dayanacağına çırpılıb.
Saat 13:30 radələrində meydana gələn qəzanın ardından. yerli vaxtla hadisə yerində yanğın baş verib, hadisə yerinə çoxlu sayda yanğınsöndürən və təcili yardım briqadaları göndərilib. Fort Worth Yanğın Departamentinin sözçüsü Craig Trojacek bildirib ki, təyyarə, bir neçə yük maşını və ticarət binası ilə birlikdə yanıb və iki cəsədin hadisə yerindən çıxarılıb.
Təyyarənin haradan qalxdığı, həyatını itirənlərin kimliyi və qəzanın səbəbi ilə bağlı məlumatlar paylaşılmasa da, hadisə ilə bağlı ətraflı araşdırma başladılıb.