Meksikanın beş ştatında baş verən daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 64 nəfərə çatıb, 65 nəfərdən çox insan itkin düşüb.
Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə mülki müdafiə üzrə milli koordinator məlumat verib.
Ən çox Verakrus, Puebla, İdalqo, San-Luis-Potosi və Keretaro ştatları zərər çəkib.
Verakrusda yağışlar 40 bələdiyyəyə təsirsiz ötüşməyib, nəticədə 29 nəfər həlak olub, 18 nəfər itkin düşüb.
Pueblada 23 bələdiyyə zərər görüb, 13 nəfər ölüb, 4 nəfər itkin düşüb.
28 bələdiyyənin ziyan dəydiyi İdalqoda 21 ölüm hadisəsi təsdiqlənib və 43 nəfər itkin düşüb.
San-Luis-Potosidə 12, Keretaroda 8 bələdiyyəyə ziyan dəyib, bir nəfər həlak olub.