Apple -ın sentyabr ayında iPhone təqdimat mərasimindən sonra bütün diqqətlər şirkətin növbəti addımındadır.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Bloomberg texnologiya müxbiri Mark Qurmanın sözlərinə görə, Apple bu həftə onlayn təqdimat tədbirində bir neçə yeni məhsulu elan etməyə hazırlaşır.
Qurmanın Power On bülletenində verdiyi məlumata görə, Apple M5 çipini ən azı iki yeni məhsulda təqdim edəcək: yeni iPad Pro və Vision Pro.
Qurman qeyd edir ki, bu modellərin təqdimatı “hər an baş verə bilər”.