Konyada 5 qız tələbə 12 yaşlı Z.D.K.-nın makiyajını tənqid etdikdən sonra onun evinin qapısına bıçaqla hücum edib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, tələbələr qapını döyüb, onu söyüb, təhqir edib, sonra binanı tərk ediblər. Hadisə ZDK-nın cib telefonuna, binaya daxil olan tələbələrin təhlükəsizlik görüntülərinə də düşüb.
Həmyaşıd zorakılığı yeni səviyyəyə çatıb. Konyanın Meram rayonunda orta məktəbli qız məktəbdə makiyajını tənqid edən sinif yoldaşlarının bıçaqla qapısına gəlməsi onu dəhşətə gətirib. Evdə tək olarkən 5 qız tələbə tərəfindən təhdid edilən 12 yaşlı ZDK yaşananları unuda bilmir.