DƏHŞƏT! Tibb bacısı üzünə tüpürən xəstəni iynə vuraraq öldürüb? 

13:20 - 14 Oktyabr 2025

DƏHŞƏT! Tibb bacısı üzünə tüpürən xəstəni iynə vuraraq öldürüb? 

Qaziantepdə 3 il əvvəl yol qəzasında dizindən xəsarət alan 27 yaşlı Abdurrezzak Baysal müalicə aldığı özəl xəstəxanada şübhəli şəraitdə dünyasını dəyişib. Şahid ifadəsinə görə, Baysal tibb bacısının üzünə tüpürüb. Bu hadisədən sonra ona əzələ boşaldıcısı vurulub və nəticədə o ölüb.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, 3 il əvvəl 27 yaşlı Abdurrezzak Baysal Qaziantepdə baş verən yol qəzasında dizi sınıb. O, özəl xəstəxanada müalicə olunub və reanimasiya şöbəsində dünyasını dəyişib. Ailəsi cinayət işi qaldırıb.

Araşdırma zamanı məlum olub ki, xəstəxanada növbətçi tibb bacısı həkim göstərişi olmadan Baysala başqa xəstəyə məxsus əzələ boşaldıcısı vurub. Şübhəli ölümdən sonra yarılma təyin edilib. Ədliyyə Tibb Təşkilatının hesabatında Baysalın ölümünə iynə vurulan dərmanın səbəb olduğu müəyyən edilib. Tibb bacıları Aslı Ersoy və Mustafa Çelik barəsində iddia qaldırılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az