Bursa metrosuna sərxoş halda mindiyi iddia edilən şəxs xaosa səbəb olub. Allahı təhqir etdiyi iddia edilən bu adam sakinlərin böyük reaksiyasına səbəb olub.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Bursarayda sərxoş olduğu iddia edilən vətəndaş yolun hər iki tərəfindəki insanların üzərinə təhqirlər yağdırmağa başlayıb. Ayağa qalxmaqda çətinlik çəkən şəxs digər sərnişinlə sözlü mübahisə edib. Daha sonra Allahı lənətlədiyi iddia edilən sərxoş şəxs digər sərnişinlərin qəzəbinə səbəb olub.
Qışqırıqların yaşandığı metrodakı anlar saniyə-saniyə kameraya düşüb.