ABŞ bu gəmini vurdu - Çox sayda ölü var

22:00 - 14 Oktyabr 2025

ABŞ bu gəmini vurdu - Çox sayda ölü var

ABŞ prezidenti Donald Tramp ABŞ ordusunun narkotik alverçilərinə qarşı mübarizə çərçivəsində Venesuela sahillərində daha bir qayığı vurduğunu və hücumda 6 nəfərin öldüyünü açıqlayıb.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Cənubi Amerikada beynəlxalq narkotik ticarətinə qarşı mübarizəsini davam etdirir. ABŞ prezidenti Donald Tramp ABŞ ordusunun narkotik tacirləri ilə mübarizə çərçivəsində Venesuela sahillərində daha bir qayığı vurduğunu açıqlayıb və "Müdafiə naziri Venesuela sahillərində narkotik ticarəti ilə məşğul olan təyin edilmiş terror qruplaşmasına aid gəmiyə ölümcül hücum əmri verib" deyib.

Tramp qeyd edib ki, kəşfiyyat mənbələri gəminin narkotik qaçaqmalçılığı etdiyini, qeyri-qanuni narkotik ticarəti ilə məşğul olan terrorçu qruplarla əlaqəsinin olduğunu və narkotik tacirlərinin istifadə etdiyi məlum marşrutla hərəkət etdiyini təsdiqləyib. O, "Hücum beynəlxalq sularda baş verib və gəmidə olan 6 nəfər ölüb. ABŞ qüvvələrinə zərər dəyməyib".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az