Türkiyənin Dokuz Eylül Universiteti (DEÜ) Zəlzələ Araşdırma və Tətbiq Mərkəzinin direktoru Prof. Dr. Hasan Sözbilir, Qərbi Anadoluda baş verən son zəlzələləri şərh edərək, "Qərbi Anadolu yüksək geotermal potensiala malik bir bölgədir. Qırılmalar zəlzələlər yaratmağa başlayanda, bənzər bir geotermal sistemdə olduğu üçün yeraltı təkanlar dərhal dayanmır" - deyib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Başçılığının Zəlzələ Elm Şurasının üzvü olan H.Sözbilir, Türkiyədəki 485 aktiv faydan 200-nün Qərbi Anadoluda olduğunu xatırladıb.
Sözbilir, Qərbi Anadolu qabığının ildə 40 millimetr sürətlə cənub-qərbə doğru irəlilədiyini qeyd edərək, "Bu qabığın içindəki 200-ə yaxın qırılma müəyyən dövrlərdə zəlzələ meydana gətirmə potensialına malikdir. Bunların 6 və 7 bal gücündə zəlzələlər meydana gətirmə qabiliyyətinə var. Bu qırılmalardan səkkizinin hamısı son əsrdə çatlamağı gözləyir. Zamanı gələndə müəyyən miqyasda, böyüklükdə zəlzələlər yaradacaqlar”.
Prof.Dr. Sözbilir, Qərbi Anadolunun daxili bölgələrində zəlzələ aktivliyinin davam etdiyini qeyd edərək, "Qərbi Anadolu yüksək geotermal potensiala malik bir bölgədir. Faylar zəlzələlər yaratmağa başlayanda, geotermal sistemin olması səbəbindən təkanlar dərhal dayanmır. Simav və Sındırgı qırılmalarında da belədir" - deyib.