2 ölkə sərhədində toqquşma - Çox sayda ölən var

15:30 - 15 Oktyabr 2025

2 ölkə sərhədində toqquşma - Çox sayda ölən var

Əfqanıstan administrasiyası iki ölkə arasında sərhəd sayılan Durand xətti yaxınlığında Pakistanla yenidən başlayan qarşıdurmada 12 nəfərin həlak olduğunu bildirib.


Kabildə yerləşən "Tolo News"un ABŞ mərkəzli X şirkətinin sosial media platformasında paylaşdığı xəbərə görə, Əfqanıstan administrasiyasının sözçüsü Zəbihullah Mücahid məsələ ilə bağlı açıqlama verib.

Manset.az xarici mediaya istinadən xəbər verir ki, "Pakistan qüvvələrinin Qəndəhar əyalətinin Spin Boldak bölgəsində yüngül və ağır silahlardan istifadə edərək həyata keçirdiyi hücumlarda 12 dinc sakin həlak olub", - Mücahid bildirib.

Hücumlarda 100-dən çox adamın yaralandığını bildirən Mücahid, Əfqanıstan qüvvələrinin bu hücumlardan sonra qisas almaq məcburiyyətində qaldığını müdafiə etdi.

Mücahid bildirib ki, bu əməliyyatlarda çoxlu pakistanlı əsgər həlak olub, onların polis məntəqələri və qərargahları ələ keçirilib, hərbi obyektləri dağıdılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az