İsrailin baş naziri Binyamin Netanyahu atəşkəs razılaşmasından sonra televiziyaya verdiyi müsahibədə HƏMAS-ın tərksilahla razılaşmadığı təqdirdə “cəhənnəm dağılar” deyib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, İsrailin baş naziri Binyamin Netanyahu ABŞ-ın CBS xəbər kanalına müsahibəsində cari hadisələrlə bağlı açıqlamalar verib. Qəzzadakı atəşkəs prosesinə də toxunan Netanyahu, "Sülhə şans verməyə razılaşdıq. Dedik ki, birinci hissəni tamamlayaq, indi ikinci hissəyə şans verək".
Netanyahu, HƏMAS -ın tərksilahının qarşıdakı prosesdə qırmızı xətləri olduğunu ifadə edərək, "Birincisi, Həmas silahlarından əl çəkməlidir. İkincisi, Qəzzada silah fabriklərinin olmaması təmin edilməlidir. Qəzzəyə silah qaçaqmalçılığı olmamalıdır. Bu, tərksilahdır" - deyib.