Kaliforniyanın Los-Anceles dairəsinin səlahiyyətliləri İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) əməliyyatlarından mənfi təsirlənənlərə maliyyə yardımı göstərmək üçün fövqəladə vəziyyət elan ediblər.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Los-Anceles İlçe İcra Hakimiyyətinin başçısı Lindsey Horvatın ofisi yazılı açıqlamada, ICE əməliyyatlarının bölgədəki immiqrant icmaları arasında qorxu və maliyyə çətinliyinə səbəb olduğunu bildirib.
Açıqlamada, İdarə Heyətinin bu məsələ ilə bağlı addımlar atdığı və mühacirlərə maddi dəstək verilməsi üçün səsvermənin keçirildiyi qeyd edilib.
Şura Los-Ancelesdə fövqəladə vəziyyət elan edilməsinə səs verib. Bu addım məmurlara dövlət vəsaitindən istifadə etməklə sakinlərə icarə ödənişləri, məhkəmə prosesləri və digər xidmətlərlə maddi yardım göstərməyə imkan verəcək.