2025-ci ilin ən güclü pasportları açıqlandı

16:35 - 15 Oktyabr 2025

2025-ci ilin ən güclü pasportları açıqlandı

2025-ci il üçün ən güclü pasportların siyahısı açıqlanıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, siyahıya Asiya ölkələri başçılıq edir, ABŞ isə tarixində bir ilki yaşayır.

Məlumata görə, ABŞ pasportu tarixində ilk dəfə ilk 10-luqdan düşüb. Ən güclü pasportlar siyahısına Asiya ölkələri başçılıq edir.

Siyahını təqdim edirik:

1- Sinqapur (193 ölkəyə vizasız səyahət)

2- Cənubi Koreya (190 ölkəyə vizasız səyahət)

3- Yaponiya (189 ölkəyə vizasız səyahət)

4- Almaniya, İtaliya, Lüksemburq, İspaniya, İsveçrə (188 ölkəyə vizasız səyahət)

5- Avstriya, Belçika, Danimarka, Finlandiya, Fransa, İrlandiya, Hollandiya (187 ölkəyə vizasız səyahət)

6- Yunanıstan, Macarıstan, Yeni Zelandiya, Norveç, Portuqaliya, İsveç (186 ölkəyə vizasız səyahət)

7- Avstraliya, Çexiya, Malta, Polşa (185 ölkəyə vizasız səyahət)

8- Xorvatiya, Estoniya, Slovakiya, Sloveniya, BƏƏ, Böyük Britaniya (184 ölkəyə vizasız səyahət)

9- Kanada (183 ölkəyə vizasız səyahət)

10- Latviya, Lixtenşteyn (182 ölkəyə vizasız səyahət)

11- İslandiya, Litva (181 ölkəyə vizasız səyahət)

12- ABŞ, Malayziya (180 ölkəyə vizasız səyahət)


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az