Uğurlu karyerası və layihələrində canlandırdığı obrazlarla yaddaşlara həkk olunmuş məşhur aktrisa və aparıcı Londive Faith Nene dünyasını dəyişib. Onun intihar etdiyi barədə şayiələr yayılıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, "Youngins" serialındakı 'Thuli xala' obrazı ilə adını geniş tamaşaçı kütləsinə çatdıran məşhur aktrisa və aparıcı Londiwe Faith Nene 35 yaşında dünyasını dəyişib.
Uğurlu aktrisanın ailəsi tərəfindən yayımlanan açıqlamaya görə, Nene 11 oktyabr 2025-ci il şənbə günü vəfat edib. Bəyanatda həmçinin, "Ailə olaraq bu itkiyə görə dərindən kədərlənirik və bu kədərli dövrdə şəxsi həyatınıza hörmətlə yanaşın".