Tramp HƏMAS-ı hədələyib - "Bir sözümlə müharibə yenidən başlaya bilər"

10:00 - 16 Oktyabr 2025

Tramp HƏMAS-ı hədələyib - \"Bir sözümlə müharibə yenidən başlaya bilər\"

ABŞ prezidenti Donald Tramp HƏMAS-ı təhdid edərək, “Əgər atəşkəs razılaşmasına əməl etməsələr, bir sözlə İsrail ordusu Qəzzada müharibəni bərpa edəcək” deyib. Bu arada HƏMAS atəşkəs çərçivəsində bütün canlı girovları və tapa bildikləri bütün cəsədləri təhvil verdiklərini açıqlayıb.



Manset.az xəbər verir ki, CNN-ə danışan ABŞ prezidenti Donald Tramp Qəzzada atəşkəslə bağlı mövcud vəziyyəti dəyərləndirib .

“HƏMAS-la vəziyyət tez bir zamanda həll olunacaq” deyən Tramp, HƏMAS-ın silahlarını yerə qoyacağına inandığını və bu baş verməsə, İsrailin Qəzzaya hücumlarını bərpa edə biləcəyini bildirib .

Tramp həmçinin bildirib ki, HƏMAS silahlarını yerə qoymaqdan imtina edərsə, İsrail ordusu bir sözlə Qəzzada müharibəni bərpa edə bilər.

"İsrail ora girib onları məhv edə bilsəydi, bunu edərdilər. Mən onları dayandırmalı idim", - ABŞ prezidenti deyib.

Tramp 20 israilli məhbusun azad edilməsinin həlledici əhəmiyyət daşıdığını, lakin HƏMAS-ın dərhal digər məhbusların cəsədlərini qaytarmalı və “silahsızlaşdırma öhdəliyini” yerinə yetirməli olduğunu vurğulayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az