Narinin qətli ilə bağlı son xəbər - Təqsirləndirilən şəxsin vəkili geri çəkilir

12:05 - 16 Oktyabr 2025

Narinin qətli ilə bağlı son xəbər - Təqsirləndirilən şəxsin vəkili geri çəkilir
Narin Güran cinayəti ilə bağlı yeni hadisə üzə çıxıb. Təqsirləndirilən Nevzat Bəhtiyarın vəkili Əli Eryılmaz yazılı açıqlama verərək, iddiadan çəkildiyini açıqlayıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Diyarbakırın Bağlar rayonunun Tavşantəpə məhəlləsində avqustun 21-də itkin düşən 8 yaşlı Narin Güranın cəsədi 19 gün sonra sentyabrın 8-də Əgərtutmaz dərəsində tapılan 8 yaşlı Narin Güranın qətli ilə bağlı açılan cinayət işi üzrə 28 dekabr 2024-cü ildə hökm elan edilib.

Narinin anası Yüksel Güran, əmisi Səlim Güran və böyük qardaşı Enes Güran “iştirakında uşağı qəsdən öldürmək” ittihamı ilə “ağırlaşdırılmış ömürlük həbs”, Narinin cəsədini dərəyə aparan qonşusu Nevzat Bəhtiyar isə “dəlilləri məhv etmək və ya dəyişdirmək” ittihamı ilə 4 il 6 ay həbs cəzasına məhkum edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az