Utrext Universiteti Marsın səthindəki sirli çatların necə əmələ gəldiyi ilə bağlı mühüm kəşf edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, “Geophysical Research Letters” jurnalında dərc edilən araşdırmaya görə, bu formasiyalar quru buz kimi tanınan karbon qazının donmuş blokları nəticəsində yarana bilər.
Mars şəraitini təqlid edən laboratoriya təcrübələrində geoloq Dr. Lonneke Rulofs və onun komandası nümayiş etdirdilər ki, karbon qazlı buz blokları planetin nazik atmosferindən sürüşərək birbaşa qaz fazasına (sublimasiya) keçərkən qumda kanallar yarada bilər.
Rulofs təcrübə zamanı müşahidələrini belə izah edib: “Qumun arasından hərəkət edən buz bloklarına baxmaq mənə Dune filmindəki qum qurdlarına baxan kimi hiss etdim”.