"Can Holdinq"lə bağlı aparılan istintaq çərçivəsində holdinqin və 121 bağlı şirkətin hesablarında 88 milyard türk lirəsi şübhəli nağd pul hərəkəti aşkar edilib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, dörd vilayətdə keçirilən əməliyyatların ikinci dalğasında aralarında iş adamı Ərafat Bingöl, Bilgi Universitetinin keçmiş rektoru Remzi Şanver və Kənan Tekdağ da daxil olmaqla 26 nəfər saxlanılıb.
İstanbul Respublika Prokurorluğu tərəfindən Can Holdinq məsul şəxsləri haqqında “cinayət törətmək məqsədi ilə təşkilat yaratmaq”, “rəhbərlik etmək”, “qurulmuş təşkilata üzv olmaq”, “cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin yuyulması” və “ağır fırıldaqçılıq” cinayətləri ilə bağlı başladılan istintaq davam edir.
İstintaq çərçivəsində “vergidən yayınma”, “yanacaq qaçaqmalçılığı” və “çirkli pulların yuyulması” ittihamları ilə bağlı ikinci əməliyyat keçirilib.
Ümumilikdə 35 şübhəli haqqında həbs qərarı çıxarılıb.