İrəvan aeroportunda bomba həyəcanı

20:52 - 18 Dekabr 2021

İrəvan aeroportunda bomba həyəcanı

Ermənistan Fövqəladə Hallar Nazirliyinə İrəvanın "Zvartnots" beynəlxalq hava limanında partlayıcı qurğunun olması barədə məlumat daxil olub.

Manset.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Hadisə yerinə yanğınsöndürənlər, kinoloqlar, istehkamçılar, psixoloqlar və xüsusi xilasetmə dəstələri cəlb edilib.

Cihazın axtarışı davam edir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az