Çində gəmilər toqquşdu - 2 nəfər itkin düşdü

17:27 - 26 Oktyabr 2025

Çində gəmilər toqquşdu - 2 nəfər itkin düşdü

Çinin cənubundakı Quandun əyalətinin sahillərində yük və konteyner gəmilərinin toqquşması nəticəsində iki nəfər itkin düşüb.


Manset.az bu barədə "Xinhua" agentliyinə istinadən xəbər verir.

Məlumata görə, hadisə şənbədən bazar gününə keçən gecə Çjuçzyan çayının mənsəbində baş verib. Nəticədə yük gəmisi batıb və 15 heyət üzvündən ikisi itkin düşüb. Hakimiyyət orqanları axtarış-xilasetmə əməliyyatına başlayıb.

Hadisənin səbəbi araşdırılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az