Argentinada avtobus körpüdən aşdı - Ölənlər var

01:00 - 27 Oktyabr 2025

Argentinada avtobus körpüdən aşdı - Ölənlər var

Argentinanın şimal-şərqində avtobus körpüdən çaya düşüb.


Manset.az  xəbər verir ki, qəza nəticəsində ən azı doqquz nəfər həlak olub.

Məlumata görə, avtobus əks istiqamətdə hərəkət edən avtomobillə toqquşub. Qəza nəticəsində sərnişin daşıyan nəqliyyat vasitəsi mühafizə məhəccərindən aşaraq körpüdən çaya düşüb. Səkkiz sərnişin və sürücü həlak olub, 29 nəfər xəstəxanalara aparılıb.

Avtobus Obera şəhərindən Misiones əyalətində yerləşən Puerto İquazu şəhərinə gedib. Qəza zamanı magistral yolda sıx duman olub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az