Bu ölkədə helikopter qəzası oldu - Sağ qalan yoxdur

12:50 - 05 Noyabr 2025

Bu ölkədə helikopter qəzası oldu - Sağ qalan yoxdur

Filippində hərbi helikopterin qəzası nəticəsində 6 nəfər həyatını itirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Filippinin cənubundakı Agusan del Sur əyalətində Filippin Hava Qüvvələrinə (PAF) aid "Super Huey" tipli helikopterin qəzaya uğraması ilə bağlı kədərli xəbər alınıb. Hadisə nəticəsində sağ qalan olmayıb.

Filippin Hava Qüvvələrinin (PAF) sözçüsü, albay Kristina Basco, orduya aid olan birliklərin Agusan del Sur əyalətində düşən helikopterdəki 2 pilot və 4 heyət üzvünün cəsədlərinə çatdıqlarını açıqlayıb.

Helikopterin dünən günorta saatlarında düşdüyü və ölkədə təsirli olan Kalmaegi tayfununun yaratdığı ziyanın qiymətləndirilməsi və ehtiyacların müəyyənləşdirilməsi məqsədilə Davao'dan Butuana uçan 4 helikopterdən biri olduğu bildirilmişdi.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az