Kriptovalyuta ucuzlaşır

17:19 - 05 Noyabr 2025

Kriptovalyuta ucuzlaşır

Qlobal bazarlarda texnologiya səhmlərinə olan narahatlıqlar kripto pullara da təsir edib. 


Manset.az xarici istinadən lobal bazarlarda, səhmlər bazarındakı texnologiya şirkətlərinin "yüksək qiymətləndirmə" narahatlıqları səbəbindən baş verən satışlar, kriptovalyutalara da təsir edib. Bitcoin-dəki düşüş 10%-i tapıb.

Son dövrlərdə ABŞ-da yaşanan sürətli artımlar əsasən süni intellektin təsiri ilə olmuşdu. Lakin bəzi sərmayəçilər, xüsusilə çip şirkətlərindəki qiymət artımlarının narahatlıq doğuracaq həddə çatdığı düşüncəsi ilə kütləvi satışlara başladılar.

Satışların baş verməsində 2008-ci il maliyyə böhranını əvvəlcədən təxmin edərək satış yönümlü opsiyonlarla böyük sərvət qazanan Michael Burry adlı Hedge Fond idarəçisinin rolu böyük oldu. Burry, portfelindəki əksər payları Nvidia və Palantir-in satış opsiyonları ilə dəyişdirdi. Bu da narahatlıqları artırdı və satışları daha da gücləndirdi.

3 noyabr tarixində 110 min dollar olan Bitcoin, 102 min dollara geriləyib. Son 7 gündəki düşüş isə 10% olub. Hazırda Bitcoin 102 min 632 dollardan ticarət olunur.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az