DƏHŞƏT! Nənə və nəvələri səkiyə çıxan avtomobilin altında qaldılar

23:51 - 28 Noyabr 2025

DƏHŞƏT! Nənə və nəvələri səkiyə çıxan avtomobilin altında qaldılar

Trabzonun Araklı rayonunda nənə və iki nəvəsi səkidə yürüyərkən avtomobilin altında qalaraq ağır xəsarət alıblar.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə yerli saatla 14:30 radələrində Yolgören qəsəbəsində baş verib. Hələ sürücüsü müəyyən edilməyən 61 AJL 575 nömrə nişanlı avtomobil naməlum səbəbdən idarəetmədən çıxaraq səkidə hərəkət edən piyada A.D. və nəvələri H.A.D. ilə E.D.-yə sürətlə dəyib, sonra isə əyilərək parklanan digər bir avtomobilə çırpılıb dayana bilib.

Hadisə nəticəsində nənə və iki nəvə ağır yaralanıb. Hadisə yerinə polis və tibbi yardım briqadaları göndərilib. Yaralılara ilkin yardım göstərildikdən sonra ambulanslarla xəstəxanaya çatdırılıblar.

Təhlükəsizlik kameralarının görüntülərində avtomobilin səkidə piyadalara çarpması anı əks olunub. Hadisə ilə bağlı araşdırma davam edir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az