Kubadakı artan siçanlardan ötəri yayılan infeksion xəstəliklər nəticəsində 33 nəfərin həyatını itirdiyi bildirilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Kuba Səhiyyə Nazirliyi 12 nəfərin Dang virusundan, 21 nəfərin isə Çikungunya xəstəliyindən vəfat etdiyini açıqlayıb. Həyatını itirənlərin böyük əksəriyyətinin uşaq olduğu vurğulanıb.
Kuba Sağlamlıq Nazirinin müavini Carilda Pena, ölkədə siçanlardan qaynaqlanan xəstəliklərin artdığını qeyd edərək, Dang virusu səbəbilə 12, Çikungunya səbəbilə isə 21 nəfərin həyatını itirdiyini açıqlayıb. Pena, ölümlərin ən azı 21-nin 18 yaşından kiçik olduğunu bildirib.