Zelenski sülh planını elan etdi

16:55 - 02 Dekabr 2025

Zelenski sülh planını elan etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya-Ukrayna müharibəsini başa çatdıracaq sülh planının hazırlanmağa başlandığını açıqlayıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-da keçirilən danışıqlarda Ukraynanın əsas məsələlərinin müzakirə edildiyi bildirilib.

Ukrayna Prezidenti Volodimir Zelenski, sosial media hesabında etdiyi paylaşımda, Vaşinqton administrasiyasının Rusiya-Ukrayna müharibəsini sona çatdırmaq üçün hazırladığı sülh planına dair görüşlərin ABŞ-da keçirildiyini qeyd edib. ABŞ-dakı toplantılara qatılan Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası Katibi Rüstəm Umerovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərək onlardan məlumat aldığını bildirən Zelenski, telefonda müzakirə olunmayan məsələləri şəxsən görüşərək müzakirə etdiklərini vurğulayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az