İranın Simnan əyalətində, həyat yoldaşını öldürmə ittihamı ilə məhkum edilən şəxsin cəzası, xalqın önündə icra edilib.
Manset.az İran mətbuatına istinadən xəbər verir ki, Simnan Məhkəmə Başçısı Məhəmməd Sadıq Əkbəri mövzu ilə bağlı məlumat verib.
Əkbəri bildirib ki, "Həyat yoldaşını boğaraq qəsdən öldürməkdə təqsirli bilinən bir kişi üçün verilən kisas cəzası, zərərçəkmişin yaxınlarının tələbi əsasında və bütün hüquqi prosedurlar tamamlandıqdan sonra bu səhər Simnan şəhərində xalqın önündə icra edilib."
İranlı rəsmilərin sözlərinə görə, 2020-ci ildə baş verən hadisə, bir səhiyyə mərkəzinin xəbərdarlığı ilə ortaya çıxıb və mütəxəssis qruplar tərəfindən aparılan araşdırma nəticəsində həmin şəxsin həyat yoldaşını qəsdən öldürdüyü aşkarlanıb.